"Formula 1: "Koronavirus aşkarlansa, Qran-pri ləğv edilməyəcək"

"Formula 1"də pilotların və ya komanda nümayəndələrinin birində koronavirus aşkarlansa, yarış ləğv edilməyəcək. 

Sport7.az xəbər verir ki, bu barədə "Formula 1"in icraçı direktoru Çeyz Keri rəsmi sayta açıqlamasında bildirib. 

Komandalardan karantin prosedurunu hazırlamağı tələb etdiklərini diqqətə çatdıran Kerinin sözlərinə görə, müəyyən insanı təcrid etmək və onun üçün hansısa yer tapmaq imkanları var: "Hər şeyi qabaqcadan görmək mümkün deyil, amma komanda iştirak edə bilmədiyi təqdirdə, mərhələ ləğv edilmir. Bütün mümkün variantları izah edə biləcəyimi düşünmürəm. Lakin infeksiyanın aşkarlanmasının yarışların ləğvinə səbəb olmayacağı ssenari hazırlayacağıq".

İcraçi direktor deyib ki, pilotlardan kimdəsə koronavirus aşkarlansa, komandalarda ehtiyat pilotlardan yararlanmaq olar: "Hər hansı problemi həll edəcəyimizə əmin olmalıyıq, təhlükəsiz mühit yaratmaq üçün hər şeyi edirik, yarışlarla bağlı təlimatlarımız var". 

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR