"Formula 1" pilotunun testi müsbət çıxıb

"Formula 1"də çıxış edən "Racing Point” komandasının pilotu Serxio Perez koronavirus infeksiyasına yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb. Meksikalı pilot COVID-19 testinin şübhəli nəticəsi səbəbindən mətbuat konfransını buraxmalı olub. Onun ikinci dəfə verdiyi koronavirus testinin nəticəsi müsbət olub.

Perez iyulun 31-dən avqustun 2-dək Silverstounda keçiriləcək İngiltərə Qran-prisində iştirak etməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR