Fransa klubunda kütləvi yoluxma

Fransa klubunda kütləvi yoluxma

Daha bir Fransa klubunda koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Sport7.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Monpelye”də kütləvi yoluxma olduğu açıqlanıb. Klub rəsmi saytı vasitəsilə dünən götürülən testlərin nəticəsinin 12 nəfərdə pozitiv çıxdığını yayıb. Onlardan 8-i futbolçu, 4-ü klub işçisidir. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb. Bu səbəbdən bütün kollektivin yenidən testdən keçirilməsi barədə qərar qəbul olunub.

"Monpelye" çempionatın 7-ci turu çərçivəsində oktyabrın 18-də "Monako” ilə qarşılaşmalı olsa da, matçın baş tutmama ehtimalı yüksəkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR