Fransa səfirliyi futbolçumuzun Portuqaliyaya yollanmasını niyə yubadır?

Fransa səfirliyi futbolçumuzun Portuqaliyaya yollanmasını niyə yubadır?

Xəbər verdiyimiz kimi, "Zirə”nin müdafiəçisi Cəlal Hüseynov "Benfika”nın maraq dairəsindədi. Lissabon təmsilçisi azərbaycanlı futbolçunu baxışa dəvət edib.

Sport7.azxəbər verir ki, qəsəbə klubu hələ də Cəlalı Portuqaliyanın paytaxtına göndərə bilməyib. Buna səbəb onun viza ilə bağlı probleminin yaranmasıdı.
 
Fransa səfirliyinə müdafiəçi üçün Şengen vizasının düzəldilməsinə görə müraciət olunub. Qurum məsələnin həll olunması üçün qaydalara uyğun davranır. Bu da səfirliyin xüsusi tələblərindən biridi. Məhz Şengen vizasının hazır olmamasına görə Hüseynov hələ də Portuqaliyaya gedə bilmir.

Əldə etdiyimiz məlumata görə, "Zirə” bu problemin həlli üçün bütün vasitələrə əl atıb. Lakin Fransa səfirliyi sənədin prosedura uyğun verilməsinin tərəfdarıdı. Səfirlik bu məsələdə "Zirə”yə qısa zamanda kömək etmək niyyətində deyil. Buna baxmayaraq, "qartallar”ın rəhbərliyi "Benfika” nümayəndələrini problemdən xəbərdar edib. Mənbəmizin məlumatına görə, Cəlalın problemi 10 gün ərzində həll olunacaq. Futbolçu mütləq şəkildə "Benfika”nın düşərgəsinə yollanacaq. Bu müddət fevralın əvvəlinə kimi uzansa belə, mərkəz müdafiəçisinin Lissabona getməsində problem yaşanmayacaq. Beləliklə, "qartallar”ın futbolçusunun "Benfika”ya baxışa yollanmasıyla bağlı heç bir problem olmamalıdı.

Bir çoxlarına maraqlı ola bilər ki, hansı səbəbdən Portuqaliyaya yollanan şəxs üçün Şengen vizasını Fransa səfirliyi verir? Məsələ burasındadı ki, pireneylilərin ölkəmizdə daimi nümayəndəliyi yoxdu. Həmçinin Niderland, Belçika, Lüksemburq, Norveç kimi Şengen sazişi ölkələrinin də Azərbaycanda səfirlikləri fəaliyyət göstərmir. Azərbaycan vətəndaşları adı çəkilən ölkələrə səfər etmək istəyəndə Fransa səfirliyinə müraciət etməlidi. Bu qayda Fransa, Niderland, Belçika, Lüksemburq, Norveç və Portuqaliya dövlətlərinin qarşılıqlı razılaşmalarına uyğun tətbiq olunur. Bu səbəbdən də "Zirə” Cəlal Hüseynovu "Benfika”nın düşərgəsinə göndərmək üçün Fransa səfirliyinə müraciət edib.

Mənbə: "Futbol+”

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR