Fransadakı qalmaqallı oyunda vurulan qollar və dava - VİDEO

Fransadakı qalmaqallı oyunda vurulan qollar və dava - VİDEO

Fransa Birinci Liqasının 35 turunda xoşagəlməz hadisələr yaşanıb. 
 
Sport7.az xəbər verir ki, Monakonun "Lui II” stadionunda keçirilən "Monako” və "Lion” komandaları arasında qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı Kleman Turpenın başçılıq etdiyi hakim briqadası idarə edib.

Final fitindən sonra meydançada futbolçular arasında dava olub. Qarşıdurmanın səbəbi hələlik məlum deyil. Fransa mətbuatın məlumatına görə, hadisə ilə bağlı dörd futbolçuya - "Monako”nun oyunçuları Villem Jebelə və Pyetro Pelleqriyə, "Lion”dan isə De Şılyo və Marseloya qırmızı vərəqə göstərilib.
 
Oyun zamanı qonaqların daha bir oyuncusu – Kakere də meydandan qovulub. 35 oyunda 71 xal yığan "Monako” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 70 xalı olan "Lion” isə dördüncü yerdədir. 
 

 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR