Güləşçimiz Avropa çempionatında ermənini yenib 1/4 finala yüksəldi

Güləşçimiz Avropa çempionatında ermənini yenib 1/4 finala yüksəldi

Azərbaycanın sərbəst güləşçiləri Əli Rəhimzadə və Əfqan Xaşalov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında ilk görüşlərinə çıxıb.

Sport7.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.
 
57 kq çəki dərəcəsində mübarizə aparan Xaşalov isə yunanıstanlı Yannis Martidislə üz-üzə gəlib. Təmsilçimiz 10:0 hesabıyla bu rəqibinə qalib gələrək adını 1/4 final mərhələsinə yazdırıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR