Güləşçimizin səngərdən idman səhnəsinə uğurlu dönüşü

Güləşçimizin səngərdən idman səhnəsinə uğurlu dönüşü

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərimiz dünən üç medal qazanıblar.

Sport7.az xəbər verir ki, bir neçə ay öncə Vətən müharibəsinin iştirakçısı olan Əfqan Xaşalov (57 kq) səngərdən xalçaya uğurlu dönüş edib.
Qazax güləş məktəbinin yetirməsi Belarus güləşçisi Aryan Tsiutrinlə görüşdə 2:2 hesablı nəticə ilə (son xal prinsipinə əsasən) qalib gələrək Avropa üçüncüsü olub.

Əli Rəhimzadə (65 kq) isə uraynalı rəqibi Andrey Sviridi 3:2 hesabı ilə məğlub edərək eyni uğura imza atıb. Bu, Əlinin ardıcıl ikinci Avropa bürüncü olub.
İlk dəfə böyüklərin qitə birinciliyinə qatılan Turan Bayramov (70 kq) isə finalda Rusiya güləşçisi İsrail Qasımova 1:3 məğlub olub və gümüş medalla kifayətlənib.

Nisbətən ağır çəkili güləşçilərimiz Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə medalsız qalıb. Onlar bürünc medal görüşündə müvafiq olaraq Alan Əmirova (Latviya) 3:4 və Elizbar Odikadzeyə (Gürcüstan) 0:5 hesabı ilə uduzub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR