"Gözəl nəticələrlə tarix yazmaq istəyirdik" - Şenol Güneş

"Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik".

Sport7.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 69 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də qrupdan çıxmağı hədəfləmişdilər: "Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. Çempionat bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm. Mən futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, amma İsveçrə qalib gəldi".

Baş məşqçinin sözlərinə görə, futbolçular əllərindən gələni ediblər: "Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq oldu. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik".

Güneş nəticələrə baxmayaraq istefa barədə düşünmədiyini sözlərinə əlavə edib: "Hesabat vermək lazımdırsa, rəhbərliyə və ictimaiyyətə veriləcək".

Türkiyə yığması A qrupunu xalsız bitirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR