Hakim üzr istədi, Ronaldo nə deyəcək?

Hakim üzr istədi, Ronaldo nə deyəcək?

Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.

Sport7.az xəbər verir ki, bu barədə Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş bildirib.
 
Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".

Xatırladaq ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Son saniyələrdə Kriştiano Ronaldonun zərbəsindən sonra top qapı xəttini keçsə də, hakim qolu qeydə almayıb.
 
Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR