Hakimi təhqir edən baş məşqçi üçün mövsüm bitdi - 5 oyun cəzalandı

Hakimi təhqir edən baş məşqçi üçün mövsüm bitdi - 5 oyun cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 21 və 22-ci turu çərçivəsində keçirilən oyunlar zamanı yol verilən qayda pozuntularına dair aşağıdakı qərarları çıxarıb.
 
12.04.2021-ci ildə I Divizionun XXI turunun "Qaradağ Lökbatan” – "Kəpəz” oyununda "Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
12.04.2021-ci ildə I Divizionun XXI turunun "Qaradağ Lökbatan” – "Kəpəz” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.2)
 
12.04.2021-ci ildə I Divizionun XXI turunun "Turan Tovuz” – "Sumqayıt-2” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
12.04.2021-ci ildə I Divizionun XXI turunun "Sabah-2” – "Qarabağ-2” oyununda "Qarabağ-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
12.04.2021-ci ildə I Divizionun XXI turunun "Zaqatala” – MOİK oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
16.04.2021-ci ildə I Divizionun XXII turunun "Keşlə-2” – "Sabah-2” oyununda matç bitdikdən sonra "Sabah-2” klubunun baş məşqçisi İlqar Mənsimovun hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır klub 400 manat cərimələnir. (maddə 41.4)
 
17.04.2021-ci ildə I Divizionun XXII turunun "Sumqayıt-2” – "Neftçi-2” oyununda "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
17.04.2021-ci ildə I Divizionun XXII turunun "Sumqayıt-2” – "Neftçi-2” oyununda "Sumqayıt-2” klubunun 99 nömrəli futbolçusu Tahir Zeynalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
17.04.2021-ci ildə I Divizionun XXII turunun "Qaradağ Lökbatan” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Kəpəz” – MOİK oyununda "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Kəpəz” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Qarabağ-2” – "Zaqatala” oyununda "Qarabağ-2” klubunun baş məşqçisi Cavad Mirzəbəyli ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimələnir. (maddə 61.1)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Qarabağ-2” – "Zaqatala” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 64.2)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Qarabağ-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimələnir. (maddə 61.1)
 
18.04.2021-ci ildə I Divizionun XXII turunun "Qarabağ-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun 9 nömrəli futbolçusu Xəlil Bəşirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR