Haland seçimini etdi, İspaniyaya gedir

Haland seçimini etdi, İspaniyaya gedir

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haland "Real"ı seçib.

Sport7.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Hazırda "Kral Klubu" "Sarı-qaralar"ı norveçli hücumçunu buraxması üçün dilə tutur. "Borussiya"nın idman direktoru Mixael Tsork isə onun satılmasını istəmir.

Halandın agenti və atası bu həftə bir neçə klubla danışıqlar aparıb. Bunlar "Real" yanaşı, İspaniyadan "Barselona", İngiltərədən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Mançester Siti" onunla maraqlanırdı.

Haland Dortmund "Borussiya"sına 2020-ci ilin yanvarında keçib. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayınadəkdir. 20 yaşlı forvard bu komandada 49 oyuna 49 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR