Həbib Nurməhəmmədov karyerasını bitirməyə hazırlaşır - AÇIQLAMA

Həbib Nurməhəmmədov karyerasını bitirməyə hazırlaşır - AÇIQLAMA

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov daha iki döyüş keçirdikdən sonra karyerasını bitirməyi planlaşdırır.

Sport7.az xəbər verir ki, Həbibin meneceri Ali Abdül-Aziz SCMP MMA "YouTube" kanalına açıqlamasında bu barədə məlumat verib:

"Qetji ilə döyüş Həbib üçün çox çətin çağırışdı. İnanılmaz mübarizə olacaq. Onlar dünyanın ən yaxşı döyüşçülərindən biridilər. Hər ikisi dünya çempionudu.

Şübhəsiz ki, bu mübarizə ən çox azarkeşlərin xeyrinə olacaq. Onlardan birinin məğlubiyyətini izləmək kədərli olacaq, amma bu da oyunun bir hissəsidi.

Həbib indi bütün diqqətini idmana yönəldib. Onun bir məqsədi var: karyerasını 30 qələbə, 0 məğlubiyyətlə bitirmək. Həbib bunu reallaşdırmağa hazırlaşır".

Həbib - Qetji döyüşü UFC 254 çərçivəsində 24 oktyabrda keçiriləcək. Hazırda rus idmançının aktivində 28 qələbə var.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR