Həftənin futbolçusu adına namizədlər bəlli oldu - Avropa Liqasında

Həftənin futbolçusu adına namizədlər bəlli oldu - Avropa Liqasında

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sport7.az xəbər verir ki, bu ada "Mançester Yunayted"dən Edinson Kavani, "Arsenal"dan Pablo Mari, "Roma"dan Brian Kristante və "Vilyarreal"dan komandasından Raul Albiol iddia edir.

Kavani "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib, Kristante isə həmin qarşılaşmada bir qola imza atıb. Albiolun ötürmələrinin 80 faizi "Arsenal"la görüşdə dəqiq alınıb. Pablo Mari həmin dueldə 90 faiz dəqiq ötürmə ilə oynayıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR