Hemilton Barselonanı 5-ci dəfə fəth etdi

Hemilton Barselonanı 5-ci dəfə fəth etdi

Mayın 9-da "Formula 1" üzrə İspaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, yarışda "Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas ("Mercedes”) isə üçüncü pillədə başa vurublar. Hamilton cari mövsüm üçüncü, karyerasında 98-ci, Barselonada isə ardıcıl 5-ci qələbəsini qazanıb.

Pilotların siyahısına 94 xalla Hamilton başçılıq edir. Ferstappen 80 xalla ikinci, Bottas isə 47 xalla üçüncü pillədə yer alıb. Konstruktorlar kubokunda "Mercedes" 141 xalla birincidir. İlk üçlüyü "Red Bull" (112 xal) və "McLaren" (65 xal) tamamlayır.

Növbəti yarış iki həftə sonra Monakoda təşkil olunacaq.

"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR