"Hər kəsdən üzr istəyirik" - Merih Demiral

"Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur".

Sport7.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral söyləyib. Futbolçu Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra bunları söyləyib: "Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik".

Türkiyə yığması A qrupunu xalsız bitirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR