Hərçəqanidən Avropa çempionatında gümüş medal

Hərçəqanidən Avropa çempionatında gümüş medal

Böyüklər arasında keçirilən Avropa çempionatının üçüncü günü komandamız aktivinə daha bir medal əlavə edib.

Sport7.az xəbər verir ki, millinin lider idmançılarından olan, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Universiadanın qalibi, ikiqat dünya və birqat avropa çempionu Milad Beigi Hərçəqani yarışı 80 kq çəki dərəcəsində gümüş medlla başa vurub.

Milad Hərçəqani, rəqibləri  israilli Oleksandr Filippova (25:2), ardında da almaniyalı idmançı Tahir Gülecə (24:1), yarımfinalda da ispaniyalı Raul Martinezə 12:6 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. Qızıl medal uğrunda rusiyalı Maksim Kramtçovla gərgin keçən döyüşdə üç raund üstün olsa da son anda bərabərə qalır (12:12) və rəqib qızıl xalla qalib gəlir. 

Dünya Taekvondo Federasiyasının Olimpiya reytiq cədvəlində Maksim Kramtçov ilk pillədə, Milad Hərçəqani isə ikinci pilləyə sahibdir. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin ediblər.
 
Bu komandamızın qitə çempionatında ikinci medalıdır. İlk yarış günü qadınlar arasında 46 kq çəki dərəcəsində Minayə Əkbərova bürünc medala sahib olmuşdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR