Hiddinki Klüvert əvəz edəcək

Hiddinki Klüvert əvəz edəcək

Kürasao millisinin baş məşqçisi Qus Hiddink DÇ-2022-nin iyundakı seçmə oyunlarında komandaya rəhbərlik edə bilməyəcək.

Sport7.az xəbər verir ki, 74 yaşlı mütəxəssis koronavirusdan bərpa dövrü keçir. Səhhəti ilə əlaqədar işini icra edə bilməyən hollandiyalı mütəxəssis İspaniya "Barselona"sının akademiya direktoru Patrik Klüvertdən onu qarşıdakı görüşlərdə əvəzləməsini xahiş edib.

Öz növbəsində Klüvert isə klub prezidenti Joan Laportadan razılıq alıb. O, 2015 - 2017-ci illərdə Kürasao millisində baş məşqçi olub və ada-dövlətlə yaxşı münasibətlərə malikdir.

Kürasao yığması iyunun 5-də Britaniya Virgin adaları ilə, iyunun 8-də isə Qvatemala ilə qarşılaşacaq. Bu görüşlərdə qələbə qazanacağı təqdirdə, komanda ikinci seçmə mərhələyə yüksələcək. Qus Hiddink bu komandaya 2020-ci ildən rəhbərlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR