Hiquain karantindən qaçdı

Hiquain karantindən qaçdı

"Yuventus”un koronavirusa yoluxan üç futbolçusundan biri olan Qonzalo Hiquain karantin qaydalarını pozub.

Sport7.az xəbər verir ki, futbolçu bu hərəkətini Argentinada yaşayan anasına baş çəkmək istəyi ilə əlaqələndirib. Qonzalonun anası xərçəng xəstəliyindən əziyyət çəkir.

Koronavirus testləri pozitiv çıxan futbolçu 14 günlük karantinə alınmışdı. O, karantinin 7-ci günündə Argentinaya yollanıb.

Hiquainlə yanaşı Paulo Dybala Blaise Matuidinin testlərinin cavabı müsbət olmuşdu.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR