Hollandiya klubunda koronavirus şoku

Hollandiya klubunda koronavirus şoku

Hollandiyanın AZ klubunda koronavirusa yoluxma faktı aşkarlanıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
 
Xəbərə görə, komandanın 9 üzvünün koronavirus testi müsbət nəticə verib. Yoluxanlardan 4-ü əsas, 2-si gənclərdən ibarət komandanın oyunçuları, 3-ü isə klub əməkdaşlarıdır. Onların hamısı təcrid olunub.

Qeyd edək ki, 4 turdan sonra AZ Hollandiya Erediviziyasında 13-cü yerdə gedir. Avropa Liqasında isə Alkmaar təmsilçisi Xorvatiyanın "Riyeka", İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" komandaları ilə eyni qrupda yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR