İbrahim Şehiçin adı transfer qalmaqalında

İbrahim Şehiçin adı transfer qalmaqalında

Bosniyanın "Jelezniçar" klubunun prezidenti Almir Qrediç maraqlı açıqlama verib. 

Sport7.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qardaş ölkənin "Mersin İdmanyurdu" klubunun "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə görə onlara 425 000 avro borcu olduğunu bəyan edib.

Qeyd edək ki, Türkiyə klubu Şehiçi 2011-c ildə transfer etsə də, ona görə transfer haqqını ödəməyib. Bu üzdən də bosniyalılar indi həmin borcun qaytarılmasına nail olmaq istəyirlər. Həmin borcun isə noyabrın 10-dək ödənilməsi gözlənilir.

P.S Şehiç 2013-cü ildən "Qarabağ"a keçib.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR