İbrahimoviç

İbrahimoviç "Milan"la yeni müqavilə imzaladı

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Yeni sövdələşmə 2022-il ilədək nəzərdə tutulub. Daha əvvəl 40 yaşlı hücumçunun mövsümlük əmək haqqının 7 milyon avro olacağına dair məlumatlar yayılıb. İsveçli forvardın anlaşmasında bonuslar da nəzərdə tutulub.

İbrahimoviç "Milan"a 2020-ci ilin yanvarında ABŞ-ın "Los Angeles Qelaksi" klubundan keçib. O, 2010 - 2020-ci illərdə də "qara-qırmızı" forma geyinib. İsveç millisinin üzvü cari mövsümdə klubun heyətində 24 oyunda 17 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR