İbrahimoviç sıradan çıxdı

İbrahimoviç sıradan çıxdı

"Milan” ciddi itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, "qırmızı-qaralar”ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Bu barədə "Sky Sport İtalia” məlumat yayıb. A Seriyasının 35-ci turunun "Yuventus”la matçında (3:0) zədələnən isveçli hücumçu bu gün tibbi müayinədən keçəcək.

İlkin məlumata görə, İbrahimoviçin zədəsi çox da ciddi deyil. Buna baxmayaraq, 39 yaşlı hücumçu A Seriyasının "Torino” və "Kalyari” ilə oyunlarını buraxacaq.

"Milan” bu gün səfərdə "Torino”nun qonağı olacaq.
 
Matç saat 22:45-də start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR