İbrahimoviçin cəzası açıqlandı

İbrahimoviçin cəzası açıqlandı

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç bir oyunluq cəza və 5 min avro cəriməyə məruz qalıb.

Sport7.az xəbər verir ki, buna isveçli hücumçunun A Seriyasının 20-ci turunda "Parma"nı 3:1 hesabı ilə yendikləri matçdakı davranışı səbəb olub. 40 yaşlı forvard görüşün 60-cı dəqiqəsində baş hakim Fabio Mareskaya dediyi sözlərə görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsinin qərarında onun referiyə qarşı aşağılayıcı formada tənqid məzmunlu təhqiramiz ifadələr işlətdiyi göstərilib.

İbrahimoviç növbəti turun "Cenoa" ilə matçında "Milan"a kömək edə bilməyəcək. Aprelin 18-də "San Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR