İdmançılarıımızın qatılacağı dünya çempionatı təxirə salındı

İdmançılarıımızın qatılacağı dünya çempionatı təxirə salındı

Qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) verib.

2020-ci ilin dekabrın 15-20-nə planlaşdırılan yarışın təxirə düşməsinə koronavirus pandemiyası səbəb olub. Çempionat 2021-ci ildə keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki yarış gələn il dekabrın 13-18-də təşkil olunacaq.

Azərbaycan yığması da qısa hovuzda üzgüçülük üzrə dünya çempionatlarının iştirakçısıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR