İdmançılarımızdan 2 qızıl medal

İdmançılarımızdan 2 qızıl medal

İtaliyanın Cesolo şəhərində keçirilən "2021 World Para Athletics Grand Prix” yarışında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6.98 m nəticə göstərərək qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, digər idmançımız da, T13 kateqoriyasında iştirak edən Orxan Aslanov uzunluğa tullanma növündə 6.78 m nəticə göstərərək qızıl medal qazanıb.

Əliyev Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib. Aslanov isə uğurlu nəticə göstərərək Tokio 2020-yə lisenziya qazanmaq şansını artırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR