İdmançılarımızın iştirak edəcəyi yarış təxirə salındı

İdmançılarımızın iştirak edəcəyi yarış təxirə salındı

İslandiyanın paytaxtı Reykyavikdə təşkili planlaşdırılan "Eurogym” gimnastika festivalı təxirə salınıb. 

Sport7.az xəbər verir ki, bu haqda Avropa Gimnastikasının rəsmi saytında məlumat yer alıb. Tədbir 2021-ci il iyulun 4 - 8-i baş tutacaq. Yaş həddi 18-in əvəzinə 19-a qaldırılacaq və bütün qeydə alınan iştirakçıların iştirak etmələrinə imkan yaradılacaq.

"Eurogym" Qala üçün 37 ölkə müraciət edib və bunlardan yalnız 18-i qəbul olunub, onların içərisində Azərbaycanın "Alov" komandası da var. 

Festival bu il iyulun 12 - 16-sı aralığında keçirilməli idi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR