İdmançımız İtaliyada qızıl medal qazandı

İdmançımız İtaliyada qızıl medal qazandı

İtaliyanın Cesolo şəhərində keçirilən "2021 World Para Athletics Grand Prix” yarışında idmançımız Orxan Aslanov qızıl medal qazanıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Aslanov uzunluğa tullanma növündə 6.78 m nəticə göstərib. Nəticədə idmançımız hamını qabaqlamaqla birinci olub.

Beləliklə idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR