İdmançımız özbəkistanda yarışacaq

İdmançımız özbəkistanda yarışacaq

AKF Prezidenti Orxan Əliyev Peşəkarlar arası Milli komandanın Baş məşqçisi Elşən Abdulrəhimov və Milli komandanın üzvü Ruslan Musayevi qəbul edib.
 
Sport7.az xəbər verir ki, Ruslan Musayev iyun ayının 14 Özbəkistanın Taşkent şəhərində  keçiriləcək 68.800 kq çəki dərəcəsində WAKO-PRO peşəkar döyüşdə iştirak edəcəkdir. 

AKF Prezidenti Orxan Əliyev peşəkarlar arası Baş məşqçi Elşən Abdulrəhimov və Ruslan Musayev tərəfindən Federasiyanın dəstəyilə hazırlıq məşqlərinin keçirilməsinin, həmçinin  vitaminizasiya prosesinin uğurla aparılması barədə məlumatla tanış olub. 
 
Öz tövsiyyələrini çatdıraraq, Federasiya prezidenti Orxan Əliyev idmançımıza döyüşdə uğurlar arzu edib
 
WAKO Dünya Kubokunun sahibi, dəfələrlə WAKO Dünya və Avropa çempionatlarının mülkafatçısı olan DİN İC-nin yetirməsi Ruslan Musayev Respublikanın Əməkdar məşqçisi, Milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR