Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində yarımfinal görüşünə çıxıb.
Sport7.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Kindzerska finala yüksəlib. O, həlledici görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.
Kişi cüdoçularımızdan Zelim Kotsoyev də 100 kq çəki dərəcəsində finala yüksəlib.
Sport7.az