İki güləşçimiz yarımfinalda

İki güləşçimiz yarımfinalda

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürüb.

Sport7.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli güləşçimiz daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib.
 
Abubakr Abakarov debütdə İsrail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb.
 
Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR