"İki oyunda uğurlu nəticə qazanmaq istəyirik" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Sumqayıt" – "Zirə” qarşılaşmasının oyun sonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb
 
Sport7.az xəbər verir ki, mütəxəssis qazandıqları 1 xalla bağlı bunları söyləyib: "Qarşılaşmanın belə gərgin keçəcəyi gözlənilən idi. "Zirə” hər bir rəqibə qarşı xüsusi hazırlaşmağı bacaran komandalardandır. Ümumi götürsək, futbolçularımın çıxışından razı qaldım. Bu oyunda qələbə qazanıb xal fərqini azaltmaq istəyirdik, lakin heç-heçə oynadıq. Çalışırıq ki, bütün qarşılaşmalarda stabilliyimizi qoruyaq. Millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək çıxacağımız iki oyunda uğurlu nəticə qazanmaq istəyirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR