"İlk hissədə texniki səhvlərimiz çox oldu" - Qurban Qurbanov

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" dünən sözügedən ölkədə ilk yoldaşlıq matçını keçirdi.

Sport7.az xəbər verir ki, Bolqarıstan ÇSKA-sı ilə qarşılaşan Ağdam klubu 2:1 hesablı qələbəyə sevinib. Oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: "Maraqlı oyun alındı. Futbolçular çətinlik çəkirdilər. Bu rəqibin Avstriyada keçirdiyi 4-cü matçı idi. Bu gün onların hazırlığı bizdən daha yaxşı səviyyədə idi. Heyətimizdə də problemlər var idi. Bəzi oyunçuları qoruduq, bəzilərindən meydanda tam istifadə edə bilmədik. Amma bu oyun mənim üçün çox vacib idi ki, futbolçular həm sürət, həm mübarizə hiss etsinlər. ÇSKA tam istədiyimiz rəqib idi. Bəlkə də ilk hissədə texniki səhvlərimiz çox oldu. Bu başadüşülən idi. Hər bir halda oyundan razı qaldım. Sona qədər mübarizə oldu. Oyunun tempi düşmədi. Çətinliklərimiz var. Bugünkü oyunda tam hiss olundu. İnanıram ki, yaxın zamanlarda bunları aradan qaldıracağıq. Oyunu qələbə ilə bitirmək tam yerinə düşdü".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR