İmamverdiyevlə hagen Türkiyəyə gedə bilər

İmamverdiyevlə hagen Türkiyəyə gedə bilər

Azərbaycan Premyer Liqasında çıxış edən daha iki futbolçu Türkiyəyə köçə bilər.

Sport7.az xəbər verir ki, onlardan biri yerli oyunçudur.

"Sumqayıt”la yenicə yollarını ayıran Cavid İmamverdiyevin TFF I liqasından bir neçə variantı var. 2014/15-ci illərdə "Elazığspor”da legioner həyatı yaşayan yarımmüdafiəçinin yenidən qardaş ölkəyə yollanmaq perspektivi var. 31 yaşlı hücumameyilli futbolçunun xidmətində maraqlı olan komandalardan biri "Menemenspor”dur. Yerli klublarla danışıq müsbət nəticələnməsə, İmamverdiyev Türkiyəyə yollanacaq.

Həmçinin "Səbail”in qapıçısı Nikolas Hagen də Türkiyədə çıxış edə bilər. Qvatemala millisinin qolkiperi aşağı liqa təmsilçiləri ilə yanaşı, Super Liqaya vəsiqə qazana "Adana Dəmirspor”un diqqət mərkəzindədir. "Səbail”lə müqavilə müddəti başa çatan 25 yaşlı qapıçının gələcək taleyi qeyri-müəyyəndir.

Yay fasiləsində "Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin "Ankara Keçiörengücü” klubuna keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR