İngilis klubları Avropa Superliqasını tərk etdi,

İngilis klubları Avropa Superliqasını tərk etdi, "Arsenal" üzr istədi

İngiltərə klubları "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi"  Avropa Superliqasının tərkibindən çıxıb.

Sport7.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri bildirib.
 
Sözügedən klublardan "Arsenal"ın rəhbərliyi, hətta bu layihəyə qatıldığı üçün azarkeşlərindən üzr istəyib və Superliqaya qayıtmayacaqlarını bəyan edib. "Topçular"ın rəhbərliyi rəsmi saytı vasitəsilə səhv etdiklərini bildirib: "Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik".

Avropa Superliqasını aprelin 18-də İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real Madrid", "Barselona” və "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları yaradıblar.

"Sky Sport”un məlumatına görə, tezliklə İtaliyadan "Milan" və "İnter" də Superliqanı tərk edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR