İngiltərə millisinin sabiq futbolçusu öldü

İngiltərə millisinin sabiq futbolçusu öldü

İngiltərə millisinin sabiq futbolçusu Pol Mariner dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu haqda yığmanın rəsmi saytı məlumat yayıb. Veteran hücumçu 68 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Mariner 1977 - 1985-ci illərdə milli komandanın formasını geyinib. Yığmada 35 oyun keçirmiş forvard 13 qol vurub. O, ölkəsinin "İpsviç" klubu ilə 1978-ci ildə İngiltərə Kubokunun, 3 il sonra isə UEFA Kubokunun qalibi olub.
 
Mariner "Arsenal" və "Portsmut" komandalarında da oynayıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR