"İnter"in məşqçisi: "Son dəqiqədə vurulan qola görə təbrik edirəm"

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Sport7.az xəbər verir ki, Zaqatalada keçirilən "Simurq" - "İnter" matçı gözlənildiyi kimi heç-heçə başa çatıb - 1:1. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze cəzalı olduğundan, onun köməkçisi mətbuat konfransına qatılıb.

"İnter"in məşqçisi Roman Cəfərovun fikirlərini diqqətinizə çatdırırıq: "Oyun maraqlı keçdi. Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Tsxadadze texniki zonada olmasa da, matçdan öncə futbolçulara öz tapşırıqlarını verir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR