İslam Fransaya qayıdır

İslam Fransaya qayıdır

"Lester”in hücumçusu İslam Slimani karyerasını yenidən Fransada davam etdirəcək.

Sport7.az xəbər verir ki, "Monako”nun sabiq futbolçusu "Lion”da çıxış edəcək.

Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Əlcəzair millisinin üzvü tezliklə Fransaya yollanaraq Liqa1 təmsilçisində tibbi müayinədən keçəcək. 33 yaşlı oyunçunun müqaviləsinin detalları açıqlanmayıb.

Slimani "Lester”ə 2016-cı ildə "Sportinq”dən keçsə də, "Nyukasl”, "Fənərbaxça”, "Monako” kimi klublarda icarə əsasında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR