İspan futbolçu

İspan futbolçu "Milan"a qayıda bilər

"Uotford"un vingeri Jerar Delofeu karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, "Milan" rəsmiləri futbolçunun meneceri ilə əlaqə yaradıblar. "Uotford" Çempionşipə düşdüyü üçün 26 yaşlı hücumçu komandadan ayrılmaqda qərarlıdır. Onun İtaliya çempionatında oynamağın əleyhinə olmadığı bildirilir.

"Barselona"nın yetirməsi olan Delofeu 2016-17 mövsümündə icarə əsasında "Milan"da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR