İspaniyada azarkeş qadağası ləğv olundu

İspaniyada azarkeş qadağası ləğv olundu

İspaniya La Liqasında azarkeş qadağası ləğv olunub.

Sport7.az xəbər verir ki, hökumət koronavirus pandemiyasının nisbətən az yayıldığı şəhərlərdə oyunlara məhdud sayda tamaşaçıların buraxılmasını qərara alıb.

La Liqanın 37-ci turu çərçivəsində mayın 16-da keçiriləcək "Valensiya” – "Eybar”, "Vilyarreal” – "Sevilya”, həmçinin mayın 23-dəki son turda "Elçe” – "Atletik”, "Levante” – "Kadiz” və "Selta” – "Betis” görüşlərində azarkeşlər tribunalarda komandalarını dəstəkləyə biləcəklər.

Həmin şəhərlərdə eyni zamanda basketbol matçları zamanı da zallara azarkeş buraxılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR