İspaniyalı jurnalist:

İspaniyalı jurnalist: "Ronaldo həmişə Messinin anasını söyür"

"Messi və Kriştiano dost deyil. Onlar sadəcə publika önündə nəzakətli davranırlar. Lionel Messi Kriştiano Ronaldonun başla oynamağına və topla davranışlarına heyran olur. Amma o, daim portuqaliyalı ilə müqayisələrdən bezdiyini deyir". 

Sport7.Az xəbər verir ki, bunu məşhur ispaniyalı jurnalist Gilyem Balaqe öz kitabında "Barselona"nın forvardı Lionel Messi ilə "Real" Madridin hücumçusu Kriştiano Ronaldonun münasibətlərindən bəhs edərkən yazıb. Balaqe Ronaldonun komanda yoldaşları qarşısında lovğalandığını qeyd edib:  "Kriştianu Ronaldo komanda yoldaşları qarşısında lovğalanır və  qeyri-adi hərəkətlərilə Messidən çəkinmədiyini göstərmək istəyir.

Ola bilsin ki "Real"ın oyunçuların bundan əziyyət çəkir. Amma Ronaldonun bu davranışları çox sünidir". Jurnalist Ronaldonun həmişə Messinin anasını təhqir etdiyini yazıb:  "Real"ın bəzi oyunçuları iddia edir ki, Ronaldo həmişə Messinin anasını söyür, ona "motherfucker" ləqəbi qoyub. Portuqaliyalı həmçinin "Real"ın oyunçularının Messi ilə danışdığını görəndə, həmin komanda yoldaşını da eynicür təhqir edir". 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR