İstanbul klubu Pirlo ilə danışıqlara başladı

İstanbul klubu Pirlo ilə danışıqlara başladı

"Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlo bir neçə komandanın maraq dairəsinə düşüb.

Sport7.az xəbər verir ki, son 72 saatda iki klubun nümayəndələri onunla əlaqə saxlayıb. 42 yaşlı mütəxəssislə "Sampdoriya” və Türkiyə "Fənərbağça”sı ilkin danışıqlara başlayıb.
 
"Yuventus”dan istefaya göndərilən Pirlonun turinlilərlə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. 

Hər iki klubun namizədləri siyahısında başqa məşqçilər də var. Roberto Daversa, Marko Campaolo və Cüzeppe Yakini Genuya təmsilçisinin hədəfindədir. İstanbulluların son namizədi isə Lüsyen Favr olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR