İtaliya A Seriyasında çıxış etməsinə icazə verdilər

İtaliya A Seriyasında çıxış etməsinə icazə verdilər

"Salernitana” İtaliya A seriyasında oynamaq hüququ qazanıb.

Sport7.az xəbər verir ki, ötən mövsüm B seriyasında uğurla çıxış edən klub yalnız İtaliya Futbol Federasiyasının icazəsindən sonra elitaya vəsiqəni rəsmiləşdirib. Qurumun üzvləri səsvermə ilə "Salernitana”nın A seriyasında oynamasına icazə verib. Yalnız bir nəfərin bitərəf olduğu səsvermədə bütün üzvlər kluba dəstək olub.

"Salernitana”nın sahibi Marko Matsaroma "Latsio”nun prezidenti Klaudio Lotitonun qardaşıdır. Turnirin əsasnaməsi iki klubun eyni mənbədən maliyyələşməsinə icazə vermir. Lakin komissiya müəyyənləşdirib ki, "Salernitana”nın maliyyələşməsi "Latsio” ilə bağlı deyil.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR