İtaliya klubu fəaliyyətini dayandırdı

İtaliya klubu fəaliyyətini dayandırdı

İtaliyanın "Torino” klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Sport7.az xəbər verir ki, buna 6 futbolçudan götürülən testin nəticəsi pozitiv çıxması səbəb olub. Klub həmin oyunçuların artıq karantinə alındığını açıqlayıb.

Komandanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
 
Qeyd edək ki, daha əvvəl "Cenoa”da koronavirusa yoluxma olduğundan, A seriyasının 3-cü turu çərçivəsində "Torino” ilə oyunu təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR