Jardel

Jardel "Qalatasaray" azarkeşlərinə mesaj göndərdi, "3:2"ni xatırladı

"Qalatasaray"ın sabiq braziliyalı hücumçusu Mario Jardel 2000-2001 mövsümündə komandanın "Real"la 3:2 hesabı ilə qalib gəlməsi haqda xatirələrini bölüşüb.
 
Sport7.az xəbər verir ki, veteran futbolçu həmin il baş tutmuş qarşılaşmayla bağlı videomesaj paylaşıb. O, açıqlamasında "Çpx önəmli qarşılaşma idi və öz meydanımızda 0:2 hesabı ilə geri düşmüşdük. Fasilədən sonra bu hesaba reaksiya verdik. Həyəcan yüksək səviyyədə idi, meydanda hər şeyimizi verirdik. Nəticədə "Qalatasaray"a qələbə gətirən qolu vurdum və meydandan qalib ayrıldıq. O günü əsla unutmayacağam" sözlərini deyib.
 
"Qalatasaray"da 2000/2001 mövsümündə forma geyən Jardel UEFA Superkubokunda da qalib gələn heyətdə yer alıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR