Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.

Sport7.az xəbər verir ki, karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır.

Bakı sakini olan Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib. Bu zaman isə ağıllara bir sual gəlir. Bakı sakini olan vətəndaş rayonlara hansı yolla gedib?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla yeniavaz.com-a açıqlamasında Kamilin karantin rejimi qaydalarına görə həbs edildiyini bildirib.

İdmançının Fizuli və Ucara hansı yolla getməsi ilə bağlı suala isə Ehsan Zahidov eyni cavabı verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR