"Kamili qorxutdular, sındırdılar..." - Açıqlama

Xəbər verdiyimiz kimi, karantin rejimini pozduğuna görə idmançı Kamil Zeynallı 10 sutka həbs cəzası almışdı. Cəzasını çəkəndən sonra azadlığa çıxan Kamil Zeynallı imkansız ailələrə yardım aksiyasını dayandırıb.

Sport7.az xəbər verir ki, bununla bağlı Kamil Zeynallı ötən gün "Instagram"da canlı yayımda açıqlama verib. O, bildirib ki, karantin rejimi yumşaldıldığına görə artıq yardımları saxlayıb:

"Hamı mənə deyir ki, yəqin Kamili sıxıblar, daha yardım paylamır. Amma çörəyə and olsun ki, mənə heç kim deməyib ki, yardım etmə və ya nəsə. Balamın canına and olsun, əksinə, dövlət işçiləri hamısı dəstək oldu ki, sağol Kamil, nə qədər ailəyə yardım etdin. Amma qanun qanundu. Çox adam amma ağzına gələni yazır ki, Kamili qorxutdular, Kamili sındırdılar. Amma mənə heç bir təzyiq olmayıb. Əksinə, içəri girəndə artıq vəziyyət düzəlmişdi deyə özüm deyirdim ki, daha yardım paylamayacam. Orada polislər mənə dedilər ki, yenə davam et, yoxsa deyəcəklər ki, polislər sıxdı Kamili".

 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR