Kapitanın durumu ürəkaçan deyil

Kapitanın durumu ürəkaçan deyil

"Liverpul”un kapitanı Cordan Henderson zədələnib.

Sport7.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ötən gün İngiltərə Premyer Liqasının 25-ci turunda "Everton”la matçda (0:2) zədələnib. Futbolçu oyuna davam edə bilməyib və əvəzlənib.

Komandanın baş məşqçisi Yurgen Klopp görüşdən sonra açıqlamasında Hendersonun vəziyyətinin yaxşı olmadığını deyib.

"Liverpul”un futbolçularından hazırda Vircil van Dayk, Joel Matip, Joe Qomes, Ceyms Milner, Fabinyo və Dieqo Yota da zədəlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR