Karateçilərimiz üçün yeni sınaq

Karateçilərimiz üçün yeni sınaq

Aşağı yaşlı karateçilər 2-4 İyul tarixlərində Xorvatiyanın Poreç şəhərində rəsmi yarışlara yola düşüblər.
 
Sport7.az xəbər verir ki, 12-21 yaşadək idmançıların dünya Kuboku və Gənclər Liqasında klublar, eləcə də yeniyetmə və gənclər seçmə komandalarının 59 idmançısı iştirak edəcək.  

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev və Şahin Atamov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıb. 

Dünya Karate Federasiyasının bu rəsmi turnirləri həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xüsusiyyəti daşıyır. Dünya kuboku və liqa yarışlarında 60-dək ölkədən 1700-ə yaxın karateçi iştirak edəcək. 
 
Turnnirə qatılan milli komandanın 21 üzvündən Nuran Rzazadə (-67 kq) və İnci Əzizova (-50 kq) gümüş medal, Mədinə Sadıova (-55 kq) isə bürünc mükafat qazanıb. 

21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medal təqdim edilib. 

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də -40 kq) üçüncü yeri tutub.

12-21 yaşadək idmançıların Dünya Kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib. 14-18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2-4 iyul tarixlərində Dünya Karate Federasiyasının seriya turnirlərindən Gənclər Liqasında çıxış edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR