Karlsen özü təşkil etdiyi turnirin qalibi oldu

Karlsen özü təşkil etdiyi turnirin qalibi oldu

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” Onlayn şahmat seriyasının beşinci turniri olan «New İn Chess Classic» başa çatıb.   

Sport7.az xəbər verir ki, həmyerlimiz Şəhriyar Məmmədyarovun üçüncü olduğu turnirin finalında, dünya çempionu norveçli Maqnus Karlsen ABŞ şahmatçısı Hikaru Nakamura ilə qarşılaşıb və qələbə qazanıb (3:1,2:1). Karlsen beşinci cəhddən sonra nəhayət ki, özü təşkil etdiyi seriyanın mərhələsində qalib ola bildi.
 
İndiyədək keçirilən mərhələlərin qalibləri Aniş Giri, iki dəfə Vesli So və bir dəfə isə Teymur Rəcəbov olmuşdu.   

Ümumi hesabda gəlincə, başa çatan turnirdən sonra Maqnus Karlsen 185 xalla birinci, Vesli So 145 xalla ikinci, aktivində 109 xalı olan Teymur Rəcəbov isə üçüncü pillədə qərarlaşıblar. Seriyadakı digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, 21 xalla 10-cu pilləni tutub. 
 
"Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR