Kasilyas yenidən xəstəxanaya düşdü

Kasilyas yenidən xəstəxanaya düşdü

İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.

Sport7.az xəbər verir ki, veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib. Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.

Kasilyas 2019-cu ildə Portuqaliyanın "Portu" komandasının məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub. O, 2020-ci ilin fevralında karyerasını başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR